Cəzaçəkmə müəssisəsində idman yarışı keçirilib

Cəzaçəkmə müəssisəsində idman yarışı keçirilib

21 aprel 2017-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və İdman və Gənclər Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Azərbaycan Voleybol Federasiyasının hakimlərinin iştirakı ilə 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar arasında voleybol yarışı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Penitensiar xidmətin əməkdaşları, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının nümayəndələri iştirak edib.

Yarışın sonunda komandalara təşkilatçılar tərəfindən hazırlanmış diplomlar və mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə