YAP Sabunçu rayon təşkilatının IX konfransı keçirilib FOTOLAR - SƏS TV

YAP Sabunçu rayon təşkilatının IX konfransı keçirilib FOTOLAR - SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon təşkilatının qərargahındakı büstü önünə tər gül dəstələri qoyublar.

Rayonun 311 saylı məktəbində davam edən konfrans dövlət himninin səslənməsi ilə öz işinə davam edib. Konfransı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında avanqard siyasi qüvvə olaraq fəaltiyyət göstərdiyini bidirib.

M.Abasquliyeva hesabat dövründə görülən işlər barədə məlumat verərək bildirib ki, 1993-cü il aprel ayında 30 nəfərlə ilk təsis konfransını keçirən YAP Sabunçu rayon təşkilatı bu gün 123 ərazi üzrə ilk partiya təşkilatında 9707 YAP üzvünü birləşdirir: "Ötən müddət ərzində YAP Sabunçu rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Bu gün YAP Sabunçu rayon təşkilatının 123 ərazi ilk partiya təşkilatında 9707 nəfər pavrtiya üzvündən 5361 nəfəri, yəni 55 faizi qadınlar, 3651 nəfəri, yəni 37 faizi gənclər təşkil edir. Ötən müddət ərzində YAPSabunçu rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri daha ləyaqətlə həyata keçirməkdədir".

Konfrasda rayon təşkilatı Nəzarət Təftiş Komissiyasının sədri İlqar Süleymanova, rayon təşkilatının qadınlar şurasının sədri Ramidə İbrahimova, YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Abbasəliyev hesabat məruzəsi ilə çıxış edərək görülən işlərdən danışıblar.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev konfransda çıxış edərək YAP-ın yaranma tarixndən, partiyanın əldə etdiyi nailiyyətlədən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. Rayon rəhbəri Ümummilli Liderin gərgin əməyi sayəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildiyini və bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edildiyini bildirib.

Konfransın işində YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək YAP-ın əldə etdiyi böyük nailiyyətlərə toxunub: "Yeni Azərbaycan Partiyasının bu gün beynəlxalq əlaqələri, o cümlədən dünyanın müxtəlif sağ mərkəzçi hakim parityaları ilə geniş və əhatəli əməkdaşlıq əlaqələri qurur. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Dilarə Cəbrayılova Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan danışıb.

Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Arzu Məmmədov çıxış edərək YAP-ın keçdiyi tarixi yoldan və əldə etdiyi nailiyyətlərdən danışıb. A.Məmmədov çıxışının sonunda M.Abasquliyevanın YAP Sabunçu rayon təşkilatının sədrliyinə namizədliyini irəli sürülməsini təklif edib.

Konfransda təşkilatın ötən hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının yeni Şurası və İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib.

Mehriban Abasquliyeva yenidən YAP Sabunçu rayon təşkilatının sədri seçilib.

Sonda Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının konfransının qərar layihəsi qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə