Roin Metreveli: "Qafqazşünasların Forumu əlaqələri daha da möhkəmləndirəcək"

Roin Metreveli: "Qafqazşünasların Forumu əlaqələri daha da möhkəmləndirəcək"
"Qafqaz bütün dövrlərdə diqqət cəlb etməklə yanaşı, Şərq ilə Qərb arasında həmişə mühüm körpü rolunu oynayıb".SİA-nın xəbərinə görə, bunu Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli Bakıda keçirilən Qafqazşünasların I Beynəlxalq Forumunda çıxış edərkən deyib. R.Metreveli vurğulayıb ki, XXI əsrin əvvəlində yeni reallıqlar Qafqaz regionun əhəmiyyətini daha da artdı. Akademik əlavə edib ki, Qafqaz xalqları həmişə öz mədəniyyətləri, bir-birilərinə qarşılıqlı hörməti ilə də öndə olub: "Ona görə də alimlər və siyasətçilər Qafqazın qloballaşmasının qarşısını almağa çalışır. Qloballaşma mədəniyyətlərə bir təhlükədir". R.Metreveli Qafqaz xalqları arasında elmi əlaqələr və dostluğun daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Akademik qeyd edib ki, Qafqazşünasların Birinci Beynəlxalq Forumu bu əlaqələri daha da möhkəmləndirəcək və öz müsbət nəticələrini verəcək: "Bu forum bizim regionda keçirilən elmi forumlar arasında mühüm əhəmiyyətə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə