Gennadiy Martişov: "Rusiya ilə Azərbaycan arasında böyük siyasi əlaqələr var"

Gennadiy Martişov: "Rusiya ilə Azərbaycan arasında böyük siyasi əlaqələr var"
"Bu gün Rusiya ilə Azərbaycan arasında böyük iqtisadi, siyasai əlaqələrimiz var. Bu gün Rusiyada bazarlara və ya marketlərə girəndə Azərbaycan məhsullarının çoxluğunu görürük.  Bu da o deməkdir ki ölkələr arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədə qurulub". SİA-nın xəbərinə görə, bunu Rusiya Elmlər Akademiyası, Cənub Elm Mərkəzinin sədri akademik Gennadiy Matişov Bakıda keçirilən Qafqazşünasların I Beynəlxalq Forumunda çıxış edərkən deyib. O bildirib ki, Rusiya Qafqaz ölkələri ilə dostluq münaaibətlərinə malikdir: " Bizim Qafqazda dostlarımız var. Bura Azərbaycan Gürcüstan Çeçenistan və digərləri daxildir.  Biz bərabər olub bir sıra problemlərin aradan qaldıra bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə