"Artıq, Ermənistan adlı dövlət yoxdur" İQOR MURADYAN

Erməni politoloqdan şok iddialar
"Artıq, Ermənistan adlı dövlət yoxdur" İQOR MURADYAN

Dünyanın siyasi-iqtisadi və sair aparıcı sahələrində yaşanan yeni təlatümlər Ermənistanda böyük narahatlıqla izlənməkdə, vaş verənlərin bu ölkəyə hansı təsirlər göstərəcəyi bu gün də geniş müzakirə predmetinə çevrilməkdədir. Hətta aprelin 2-də bu ölkədə korrupsiya və rüşvətlər sayəsində keçirilən parlament seçkilərinin saxta nəticələrinin ardınca bir sıra erməni ictimai-siyasi xadimləri Ermənistan adlı dövlətin yox olması iddiası ilə çıxışlar edirlər. Xüsusilə, son zamanlar xarici ölkələrdə fəaliyyət göstərən və zamanında güclü diaspora təşkilatı kimi qiymətləndirilən erməni diasporasının hakimiyyətə maliyyə dəstəyi göstərməkdən imtina etməsi bu ölkənin dalana dirənməsini sübut edən fakt kimi göstərilə bilər. Çünki Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan dövlət kimi mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyü artıq reallığa çevrilib.

Hakimiyyət aprelin 2-də keçirilən parlament seçkiləri vasitəsilə xalqı rüşvətlə alaraq mənimsədi

Onu da qeyd edək ki, ötən ilin iyulunda İrəvanda baş verən iğtişaşların ardınca narazı xalq kütləsində belə bir ümid yaranmışdı ki, artıq, Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktuallaşdırıb və vəziyyətdən çıxış yolu Serj Sarkisyan hakimiyyətinə qarşı sonadək mübarizənin aparılmasıdır. Yalnız bundan sonra ölkə siyasətində koordinal dəyişikliklərin edilməsi, Ermənistanın gələcəyi haqqında planların qurulmasına ümid edilə bilərdi. Ancaq bu, baş vermədi və söz yox ki, qiyamı yatızdırmağa nail olan hakimiyyət aprelin 2-də keçirilən parlament seçkiləri vasitəsilə xalqı rüşvətlə alaraq mənimsədi. Məhz bu kimi amillər bir çox tanınmış erməni politoloqlarını ölkə haqqında bədbin proqnozlar verməyə vadar edib.

İqor Muradyan: "Ermənistan suveren ölkə deyil, sadəcə, Rusiyanın br hissəsidir"

Məsələn, erməni politoloqu İqor Muradyan ümumilikdə Cənubi Qafqaz regionu üzrə təhlilini apararkən deyib ki, artıq bu region barədə heç kim danışmır, çünki kimsənin marağında deyil. SİTAT: "Təəssüf ki, artıq Ermənistan adlı dövlətin olmadığını deməyə məcburuq. Ermənistan yoxdur. Hətta iddia olunsa ki, bu dövlət var, onda da deməliyik ki, Ermənistan suveren ölkə deyil, sadəcə, Rusiyanın br hissəsidir".

Ermənistanın 1in.am saytına danışan İqor Muradyan hətta iddia edib ki, bir müddət sonra Ermənistanın mövcud olub-olmaması ilə bağlı Birləşmiş Millətlər Təşkilatında (BMT) da qaldırıla bilər. " BMT-də məsələ qaldırılacaq ki, biz ( Ermənistan-R.N.) suveren dövlətik yoxsa yox? Biz Qərb dünyasının dostuyuq, yoxsa NATO-nun, ABŞ-ın düşməniyik? Bax, onda gec olacaq, hər şey itiriləcək".

Erməni politoloqu həmçinin əlavə edib ki, bu gün Avropanın Ermənistana münasibəti uzun illər bundan öncə necəydisə, elə həmin vəziyyətdə də qalmaqdadır. "Heç bir dəyişiklik baş verməyib, bu palnda da prinsipial dəyişiklikləri gözləməyə dəyməz".

"Zaman bizim əleyhimizə işləyir, biz isə seçkilərlə baş qatırıq"

Məhz İqor Muradyanın fikirlərindəki bədbinliklərə diqqət yetrərkən, əslində bu cür düşünənlərin çox olduğu qənaətinə gələ bilərik. Ən azından, Ermənistanın birinci prezidenti, parlament seçkilərində kürsüyə sahib olmasının qarşısı alınmış Levon Ter-Petrosyanın bir müddət öncə səsləndirdiyi fikirlərini xatırlamaq olar. O, iddia edib ki, əgər Ermənistan Azərbaycanla müharibə vəziyyətində qalmağa üstünlük verəcəksə, sülhü rədd edəcəksə, bu zaman çox qısa dövrdə ermənilər ölkənin bir dövlət kimi itirilməsinin şahidinə çevrilməli olacaqlar.

Bu baxımdan, İqor Muradyanın növbəti fikirləri də maraqlıdır. Məsələn, politoloq qeyd edib ki, hazırda zaman ermənilərə qarşı işləyir. "Biz isə seçkilərlə başımızı qatırıq"-deyən erməni politoloqunun fikrincə, konstitusiya ona görə dəyişdirilib ki, Ermənistan Rusiyadan daha çox asılı vəziyyətdə qalsın. Juranlistin parlament seçkiləri ilə bağlı sualına isə politoloq bir kəlmə ilə cavab verib: "Bu, gülməli bir vəziyyətdir"...

Beləliklə, Ermənistanın bugünkü "mövcudluğunun" sadəcə sözdə göründüyü reallıqdır və əgər bu ölkənin maliyyə qaynağı rolunda çıxış edən zənmgin diasporası ondan imtina edirsə demək, çox yaxın vaxtlarda bu ölkənin rəhbərliyi rəsmən Rusiyanın əyalətlərindən birinə çevriləcək. Hər halda, beynəlxalq ictimai-siyasi rəydə kifayət qədər qəbul edilən erməni politoloqları da bu fikir üzərində qalmağa davam edirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə