"Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində hakim "Respublika" partiyasından olan bir neçə reytinqli namizədlər seçicilər üzərində nəzarət saxlamaq üçün maraqlı innovasiya vasitələrindən istifadə ediblər". SİA xəbər verir ki, bu barədə "Haykakan Jamanak" nəşri yazır. "Həmçnin, informasiya texnologiyalarından belə istifadə olunub"-deyə qeyd edən erməni qəzetinin yazdığına görə, həmin reytinqli namizədlər səsləri almaq üçün yaxşı pul xərcləyiblər, eləcə də seçicilərə xüsusi proqramı olan mobil telefonlar paylayıblar: "Proqramda seçicinin –məntəqəyə daxil olduğundan seçki bülletenini urnaya atdığı hər bir hərəkəti əks olunub. Ən əsası isə seçici öz bülleteninin şəklini çəkir və həmin proqram avtomatik olaraq həmin şəkli namizədin ofisindəki digər nömrəyə göndərir".
"Beləliklə, həmin namizəd ondan rüşvət alaraq xeyrinə səs verən hər bir seçicini nəzarəti altında saxlaya bilib. Buz, bu barədə "Respublika" partiyasının təşkilat komitəsinin sədri Ruben Tadevosyandan soruşduq və o bundan təəccüblənərək, belə şey haqqında ilk dəfədir ki, eşitdiyini iddia etdi".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB