Bülent Bostanoğlu Azərbaycanda rəsmi səfərdədir

Bülent Bostanoğlu Azərbaycanda rəsmi səfərdədir

Aprelin 11-də Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Bülent Bostanoğlu Azərbaycan Respublikasına səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, səfər çərçivəsində qonağın Azərbaycan Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə