Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir: "Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB