Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova Rusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin bu ölkənin Ali Məhkəməsinə müraciətini pisləyib. SİA-nın xəbərinə görə, deputat bildirib ki, Rusiyada yüzlərlə erməni QHT-si fəaliyyət göstərdiyi halda, Azərbaycanla bağlı diaspor təşkilatını ləğv etmək istəmələri anlaşılan deyil: "Bu xəbər digər həmkarlarım kimi, məni də həm təəccübləndirdi, həm də narahat etdi. Bildiyiniz kimi, 22 iyun 2000-ci ildə yaradılan ÜAK ümummilli liderimiz Heydər Əliyevin yetirməsidir. O, ÜAK-ın qurultaylarında, hətta bir dəfə də RF prezidenti Vladimir Putinlə birlikdə iştirak edərək onu hər mənada dəstəkləyib. Keçən 17 il ərzində ÜAK Rusiyanın ən güclü və ən şaxələnmiş təşkilatlarından birinə çevrilib. Onun tərkibində 74 regional təşkilat, yüz minlərlə üzv var. Konqres Rusiya prezidenti Putinin təşəbbüsü ilə yaradılmış Xalq Cəbhəsinin tərkibinə daxildir. Konres həmişə Rusiya prezidentinin siyasətini dəstəkləyib, seçkilərdə "Yedinaya Rossiya" partiyası ilə əlaqəli şəkildə hərəkət edib. Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif səviyyələrdə inkişafı və dərinləşməsində Konqresin rolu danılmazdır. Rusiya ərazisində yüzlərlə xeyriyyə layihələri, orada məbədlərin, məktəblərin və xəstəxanaların bərpası, aztəminatlı ailələrə yardım – ÜAK-ın bütün xeyir əməllərini saymaqla bitməz. Və indi sənədləşdirmədə yol verilən hansısa texniki problemlərə görə kimsə belə bir ciddi təşkilatı məhv etmək istəyir. Bu yolverilməzdir!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB