Bu gün Nərimanov rayon İcra Hakimiyyətində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil edilmiş "Aprel döyüşləri bizim şanlı tariximizdir" mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirə əvvəlcə aprel döyüşlərində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respbulikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Sonra aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov deyib ki, Azərbaycan gəncləri bir sıra beynəlxalq tədbirlərdə dəfələrlə bayarğımızı dalğalandıraraq vətən torpağımızın rəmzi, birlik və varlığımızın ifadəsi kimi Azərbaycanın şan-şöhrətini dillərdə dastana çeviriblər: "Azərbaycanın adı ən möhtəşəm tədbirlərdə ön sıralarda çəkilir. Bu da Ölkə başçısının düzgün və məqsədyönlü siyasətinin göstəricisidir. Biz inanırıq ki, hər addımda siyasi iradə nümayiş etdirən, ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, Ali Baş komandan Cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli möhtəşəm Dövlət Bayrağımız yaxın gələcəkdə Xankəndinin mərkəzi meydanında əzəmətlə dalğalanacaq".
Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev də orta məktəb şagirdlərini Vətənini, torpağını sevməyə səsləndirdi: "Oğlumla fəxr edirəm. Çünki o torpaq uğrunda şəhid olub".
Milli Məclisin məsul əməkdaşı Nofəl Bağırov bildirib ki, aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusu qarşısında tab gətirmək iqtidarında deyil: "Ermənistan ordusu həm insan resursları, həm də maddi-texniki baza baxımından Azərbaycan ordusundan xeyli geridədir".
Sonra Gənclər üçün Təhsil Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək qeyd edib ki, aprel döyüşləri mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əmin olduqlarını bildirib.
Daha sonra inşa-yazı müsabiqələrində fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müxtəlif dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB