Serj Sarkisyan Samvel Babayandan ehtiyat edir SİLAHLI QİYAM QORXUSU
Ermənistanın prezidenti Serj Sarkisyan hakim "Respublika" partiyasının üzvlərinə "dqr"in sabiq hərbi komandanı Samvel Babayanla bağlı artıq fikirlərin söylənilməsinə qadağa qoyub. SİA xəbər verir ki, bu barədə ölkənin "Hraparak" qəzeti yazır. Qeyd olunur ki, "sübutedici baza olsa da" Sarkisyan, partiyadaşlarına Babayanla bağlı sərt ifadələr işlətməməyə və yalnız hüquq-mühafizə orqanlarının verdiyi məlumatlar əsasında danışmağı tapşırıb.
"Hraparak"ın yazdığına görə, "Respublika" partiyasının icra katibliyi orqanının adının açıqlanmasını istəməyən üzvlərindən biri deyib ki, "bütün hallarda Samvel Qarabağın "müdafiə naziri" olub, müharibədən keçib və o general-leytenantdır".
Sarkisyan komandasının üzvünün fikrincə, əgər Samvel Babayan haqqında artıq fikirlər səslənərsə, ictimaiyyət bunu doğru şəkildə qəbul edə bilməz. "Xətti keçmək lazım deyil"-deyə hakim partiyanın təmsilçisi bildirib.
Erməni qəzeti bu qərarı belə əlaqələndirib ki, hazırda Samvel Babayanın Qarabağda və Ermənistanda tərəfdarları var və onlar Babayanın həbsdən azad olunması yönündə silahlı qiyam qaldıra bilərlər.
Xatırladaq ki, Samvel Babayan Gürcüstandan Ermənistana qanunsuz yollarla raket-zentik kompleksi keçirməkdə və hərbi çevrilişə cəhd etməkdə ittiham olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB