"Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri başa çatsa da, əsl həngamə məhz bundan sonra başlayacaq. Çünki, seçki ərəfəsində yaşanan gərginliklər daha da dərinləşəcək və düşmən ölkədə vəziyyət daha da pisləşəcək". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan və yaxın ətrafı bu seçkilərdə məğlubiyyətdən qurtarmaq üçün o qədər ciddi səhvlərə yol verdi ki, yaxın günlərdə seçkilərin nəticələri rəsmən elan olunduqdan sonra Sarkisyanı çətin günlər gözləyəcək: "Belə bir şəraitdə isə o sözsüz ki, bütün gücünü ona sərf edəcək ki, qoşunların təmas xəttində təxribat, atəşkəs rejiminin pozulması və digər hadisələrin sayı artsın. Daxildəki "isti başları", dünənə kimi onun ən yaxın tərəfdarları olmuş sabiq xarici işlər nazirləri Oskanyan, Ovanisyan, həmçinin sabiq müdafiə naziri Ohanyan, o cümlədən digər adlarını göstərmədiyim yanları sakitləşdirsin. Bunun isə ən yaxşı yolu cəbhədə qan tökülməsi və onların siyasi aktivliyini zəiflətməkdir. Mütləq yaxın bir neçə gündə İrəvanda və digər şəhər və vilayətlərdə vəziyyət gərginləşməyə doğru gedəcək.
Necə ki, ötən ildə aprel ayında daxildəki gərginliyin qarşısını almaq üçün bu yaramaz Sarkisyan və yaxın ətrafı cəbhədə son bir neçə ildə müşahidə edilməyən misli görünməmiş təxribata əl atdı və məhz onun günahı ucbatından hər iki tərəfdən çoxlu insan itkisi yaşandı. İndi də, Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin həlli istiqamətində davamlı diplomatik və siyasi aktiv fəaliyyəti böyük ehtimalla yenə özünü cəbhə bölgəsində göstərəcək. Yəni, Ermənistana təzyiq artdıqca, o çalışır ki, diqqəti əsas məsələdən yayındırsın və öz məqsədlərinə çatsın. Məqsədləri isə aydındır. Hakimiyyətdə qalma və ömürlərini daha da uzatmaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB