“Beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır" Novruz Məmmədov

“Beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır" Novruz Məmmədov

"XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırım hadisələrini unutmamalıyıq". SİA-nın məlumatına görə, bunu öz "Twitter" səhifəsində Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.

"Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumdu. Hadisəni törədənlər isə cəzasız qaldılar. Bundan istifadə edərək ermənilər əsrin sonlarında Xocalı soyqırımını törətdilər", deyə N.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq: "Beynəlxalq birlik və böyük dövlətlər isə ədalətli mövqe tutmalıdır"

Xatırladaq ki, bu gün 31 Mart soyqırımının 99-cu ildönümüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə