“Həmsədrlərə etimad göstərmək absurddur” MÜNASİBƏT

“Həmsədrlərə etimad göstərmək absurddur” MÜNASİBƏT

"Minsk qrupuna həmsədrlik edən dövlətlərin təmsilçilərinin regiona səfərlərindən sonra Dağlıq Qarabağla bağlı verdikləri son açıqlama konfliktin həllinə yox, onların vəziyyəti nəzarətləri altında saxlamalarına yönəlib. Həmsədrlər bildirirlər ki, cəbhə xəttində atəşkəs rejiminə əməl olunması "gələcəkdə danışıqların davam etdirilməsi üçün gərəkən etimad mühitinin yaradılması üçün mühüm əhəmiyyət daşıyır". SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

"Biz də soruşuruq, yaxşı-pis 23 il atəşkəsə əməl olunub, bəs problemin həllində irəliləyiş niyə yoxdur?! "Etimad mühiti"ndən danışırsınız, torpaqları illərdir işğal altında olan bir ölkə işğalçıya necə etimad edə bilər, bu mümkündürmü? Əlbəttə, mümkün deyil. Əgər həmsədrlər doğrudan da etimad mühiti formalaşdırmaq istəyirlərsə, onda işğalçını BMT Təhlükəsizlik Şurasının bəlli qətnamələrini yerinə yetirmək üçün konkret addımlar atmağa, ən azından substantiv danışıqlara başlamağa səsləməlidirlər. Belə bir çağırış yoxdursa, nəinki işğalçıya, həmsədrlərin özlərinə belə etimaddan danışmaq absurddur" - deyə, millət vəkili fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə