Rəsul Quliyev indi də gəncləri öz toruna salmağa cəhd edir TƏRS BAXIŞ+ANALİZ
Son günlər sabiq spiker Rəsul Quliyevin sosial şəbəkə vasitəsilə fəallaşması müşahidə olunmaqdadır. Belə ki, o yenidən ölkənin siyasi arenasına qayıtmaqdan ötrü əlində olan bütün rıçaqları istifadə edir. Bunun üçün isə onun əsas hədəfi AXCP sədri Əli Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı olsa da hazırda yelkənini gənclərə tərəf yönəldib. Daha dəqiq desək, yuxarıda adları çəkilən "liderlərin" ətrafında olan bəzi gəncləri onlardan uzaqlaşdıraraq tərəfinə cəlb etməyə çalışır.
Rəsul Quliyev azərbaycanlı gəncləri də dağıdıcılığa, qanunlara tabe olmamağa səsləyib
Bunun üçün isə bir neçə gün öncə Rusiyada müxalifət lideri Navalnı tərəfindən keçirilən kütləvi etiraz aksiyaları necə deyərlər, R.Quliyev üçün göydəndüşmə oldu. Radikal müxalifət "liderlərini" fəaliyyətsizlikdə ittiham edən eks-spiker "rusiyalı gənclər bizim gənclər üçün örnək olmalıdır" fikrini ortaya sürüb. "...Və mühüm hadisələrdən biri onlar (rusiyalı gənclər-R.R.) döyülməsinə, konveyr şəkilində həbs olunmaqlarına baxmayaraq axıra qədər vuruşublar"-deyə ruslarla fəxr edən R.Quliyev azərbaycanlı gəncləri də dağıdıcılığa, qanunlara tabe olmamağa səsləyib.
Eks-spikerdən müxalifət "liderlərinə" atmaca: "Navalnıdan söhbət getmir heç onun 10-dan bir ağlına, fərasətinə malik olan liderimiz yoxdur"
Göründüyü kimi, okeanın o biri başında oturub "siyasət-siyasət" oyunu oynayan bu oyunbaz "bir güllə ilə iki dovşan vurmağa" cəhd edir. Bir tərəfdən radikal müxalifət "liderlərini" "baltalayır", digər tərəfdən isə müxalifətçi gənclər qarşısında özünə siyasi divident qazanmağa səy göstərir.
Məsələn, Quliyev Ə.Kərimlinin, C.Həsənlinin, A.Hacılının və digər müxalifət rəhbərlərinin rusiyalı müxalifətçi Navalnı ilə heç vaxt müqayisə oluna bilinməyəcəyini deyib. SİTAT: "Bizim ölkədə Navalnımız , Navalnıdan söhbət getmir heç onun 10-dan bir ağlına, fərasətinə malik olan liderimiz yoxdur".
Üstəlik, o AXCP-"Milli Şura" cütlüyünü, eləcə də Müsavat, "Ümid", KXCP, VİP, VHP, "Azadlıq" və s. müxalifət partiyalarını nəzərə alaraq onların hər birinin hakimiyyətə işlədiklərini iddia edərək, bu tərəfdən də xal qazanmağa çalışır.
"Bizdə icazəsiz mitinqə neçə adam çıxar, heç 50 adam tapılmaz"
Bunu Quliyevin "Bizim ölkədə özlərini ana və ya bala müxalifət adlandıranların əksəriyyəti hökümətin sifarişini yerinə yetirir" ifadəsindən də anlamaq çətin deyil.
Beləliklə, sabir spiker uzun müddət çarpışdığı müxalifətdaxili düşmənlərinə Navalnı amilini nümayiş etdirərək, onların heç vaxt siyasi uğur qazana bilməyəcəklərini deyib. Üstəlik, bu vasitə ilə cəbhəçi, müsavatçı və s. müxalifətyönlü gəncləri də öz tərəfinə cəlb etməkdən ötrü icazəsiz aksiyalar keçirməyə, küçələrə çıxmağa sələyib.
"Özünü təsəvvür edin, bizdə icazəsiz mitinqə neçə adam çıxar, heç 50 adam tapılmaz. Bunların hamısının səbəbi sizin bir yerdə ola bilməməyinizdir. Əlbəttə Navalnı kimi liderin olmaması da şərtdir"-deyən Quliyevin müxalifət "liderlərini" ittiham etməsində həqiqət olsa da, onun bu vəziyyətdən yalnız öz səmərəsi üçün sui-istifadə etmək cəhdi heç bir məntiqə sığmır. Çünki bu ölkədə qanunlar mövcuddur və sabitliyi, rifahı təmin edən qanunları pozan istənilən şəxs kimliyindən asılı olamayaraq öz cəzasını da alır. Bu baxımdan, R.Quliyevin "gənclərə səslənişi" onun növbəti oyunbazlığından başqa heç nə deyil.
Rövşən RƏSULOV
P.S. Rəsul Quliyev Azərbaycan müxalifətində Navalnının olmamasından gileylənir və buna görə düşərgənin bir yerdə ola bilməməsini deyir. Maraqlıdır, əgər Azərbaycanda Navalnı kimi müxalifət lideri yoxdursa, nəyə görə özünə Navalnı gönünü geyinib ölkəsinə geri dönməyə cürət etmir?!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB