"Artıq Ermənistan ictimaiyyəti, cəmiyyəti dərk edir ki, onları Dağlıq Qarabağdan gəlib, hakimiyyəti zəbt etmiş bir qrup cinayətkar idarə edir və bu idarəetmə onları fəlakətə gətirib çıxarıb. Bu baxımdan Ermənistanda müxtəlif partiyalar, qruplaşmalar, cəmiyyətlər, təşkilatlar Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxaraq etirazlarını bildirirlər". Bunu SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.
Ermənistanda iqtisadiyyatla yanaşı bütün sahələrin də məhv olduğunu deyən deputatın sözlərinə görə, bunun nəticəsidir ki, düşmən ölkənin əhalisi başını götürüb qaçır: "Belə getsə Ermənistan ermənisiz mövcud olacaq.
Bütün bunları görən düşmən ölkə cəmiyyəti etirazlarını daha da kəskinləşdirib. Hesab edirəm ki, onlar istəklərinə nail olacaqlar".
E. Məmmədovun sözlərinə görə, nə qədər ki, hazırkı Ermənistan hakimiyyəti işğalçı siyasətindən əl çəkməyəcək, düşmən ölkə və əhalisi daha da pis vəziyyətə düşəcək: "Bunu Ermənistan siyasətçilərinin özləri də dərk edirlər. Bu baxımdan Ermənistanda həm parlamentdə, həm də gələcəkdə hakimiyyətdə təmsil olunanların sağlam düşüncəli olması arzu olunandır. Əsas istəyimiz gələcək hakimiyyətin cinayətkarlardan azad olunmasıdır".
Aprel ayında keçiriləcək seçkilərlə bağlı fikirlərini bildirən deputat söyləyib ki, sözügedən seçkilər şəffaf, hüquqi əhəmiyyətə malik olmayan, idarə olunandır: "Burada seçilənlər əvəzinə təyin olunanlar var. Ermənistanı idarə edən ölkə, bizim şimal qonşumuz olan Rusiya kimi istəsə seçkilərdə məhz onun partiyası üstünlük qazanacaq. Bu baxımdan əsas məsələ seçkidə Sarkisyanın məğlub olması deyil, onun yerinə təyin olunacaq komandanın kimlərdən ibarət olmasıdır. Çünki Sarkisyanın yerinə daha radikal mövqedə olan qrup hakimiyyətə gələ bilər. Lakin istəyimiz Ermənistan hakimiyyətində sağlamdüşüncəli, əməkdaşlıq meylli qrupun yer almasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB