3 nəfər saxlanıldı LONDON TERRORU+YENİLƏNİB

3 nəfər saxlanıldı LONDON TERRORU+YENİLƏNİB

Skotland-Yarda məxsus xüsusi təyinatlılar martın 23-də Birmingemdə axtarış prosedurlarına start veriblər. Ehtimal olunur ki, Londonda baş verən terrorun planı məhz burada hazırlanıb. Belə ki, terrorçu hadisə zamanı istifadə etdiyi avtomobili Brimingemin Brentvund rayonunda kirayələyib.

Hələlik əməliyyatın təfərrüatları barədə geniş açıqlama verilməsə də SİA-nın xəbərinə görə "Daily Mail" yazır ki, jurnalistlərin və şahidlərin sözlərinə görə 3 nəfər şəxs həbs eidlib. O cümlədən, axtarış aparılan binanın girişi axşam saat 11:00-dan gecə saat 02:00-a qədər bağlı olub.

Xatırladaq ki, martın 22-də Britaniya parlamentinin binası yaxınlığındakı Vestminstr körpüsündə terrorçu öncə avtomobili piyadalar üçün nəzərdə tutulmuş hissədə insanların üzərinə sürüb, sonra Biq-Benin hasarına çırpılaraq dayanıb. Bunun ardınca isə o, avtomobili tərk edib və əlindəki iki bıçaqla qarşısına çıxanlara zərbələr endirib. Polis dərhal müdaxilə edərək, terrorçunu güllələyərək öldürüb. Hadisə nəəticəsində 5 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Yaralananlar arasında Fransadan, Cənubi Koreyadan və Rumıniyadan olan turistlər də var.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə