Mosulda hərbi əməliyyatlar başladığı gündən bu yana şəhəri 400 min sakin tərk edib. SİA xəbər verir ki, İraq insan hüquqları müşahidəsi şurasının məlumatını "Vesti.ru" qeyd edib. Bildirilir ki, şəhərdə kəskin humanitar böhran yaşanır. Xüsusilə ilk yardımda lazım olan dərman perparatları və su qıtlığı mövcuddur. Hücum edən güclərin artilleriyası demək olar ki, yaşayış kvartallarını yerlə-bir edir.
Məlumatda bildirilir ki, Mosul şəhərinin özü hələ ki, görünmür, lakin şəhərin harada yerləşməsi həbrçilər üçün kifayət qədər dəqiqdir. Belə ki, qara və qatı tüstü dumanından bunu görmək asandır. Hərbi güclər şəhərə yaxınlaşdıqca, qara tüstü, duman daha da qatılaşır.
Hərbi təyyarələrin havaya qalxdığı aeroport da yerlə-bir edilib. Belə ki, "İslam Dövləti" terror təşkilatı bu ərazidə ciddi müqavimət göstəriblər. İraq ordusu isə buranı alarkən hər yeri, eləcə də obyektləri darmadağın edib. Aeroport yalnız enmə-qalxma zolağına görə seçilir.
İnformasiyada bildirilir ki, terrorçuların müqavimətini qıran ordu hissələri şəhərə daxil olmayıb və hazırda şəhər daxilində polis gücləri ilə hazırlıqlı könüllülərdən ibarət anti-terror dəstələri döyüşür.
"Bizim hissələr Dəclə çayı istiqaməti üzrə cənubdan şimala tərəf hərəkət edir. Biz şəhərin qərb hissənini azad edirik. Çay üzərindən keçən körpülər partladılıb. Ona görə də Mosulun azad olunmuş şərq hissəsindən bizə yallnız artilleriya yardım edir"-deyə həbrçilər bildirirlər.
Qeyd olunur ki, şəhərdə yalnız İraqın deyil, eləcə də koalisiya güclərinin artilleriyası işləyir. "Onlar mərmilərə qənaət etmirlər"-deyə həbrçilər etiraf edirlər.
Yaşayış kvartallarıında möhkəmlənmiş terrorçuların olduğu bunalar kərpic-kərpic dağıdılır, ardınca isə həmin əraziləri polis təmizləməyə başlayır. Müqavimətlə rastlaşanda polis geri çəkilir və yenidən artilleriya işə başlayır. O cümlədən, reaktiv artilleriya da işə salınır. Bu baxımdan, şəhər tamamilə dağıdılıb.
Hərbçilərdən biri isə deyir: "Əvvəlcə biz irəliyə doğru rahat gedirdik. Hiss edirdik ki, terrorçular tükəniblər. Lakin bir neçə gündür ki, biz ciddi müqavimətlə rastlaşmışıq və hətta müdafiəyə keçmişik. Onlar sanki bizi tələyə salıblar indi sə geriyə atmağa çalışırlar".
Qeyd olunur ki, sıx tikililər, divarlar arasında düzəldilmiş keçidlər və yeraltı keçidlər silahlılarıın polis güclərinə yaxınlaşmasına şərait yaradır. Bu baxımdan, arxa heç də təhlükəsiz deyil.
İraq polisi bu yaxınlarda Mosulun dəmir yolu vağzalını ələ keçirmyə nail olublar. Hələlik vağzaldan o tərəfə keçmək mümkün deyil. Çünki silahlılar həmin ərazidə çox ciddi müqavimət göstərirlər. Polislərin sözlərinə görə, terrorçulara qədər olan məsafə 50 metrdir və hər iki tərəf hərəkət edən istənilən obyektə atəş açır. Bu dəfə polis mülkilərin ərazini tərk etməsi üçün atəş açıb və bir ailə - ər və arvad, eləcə də iki uşaq terrorçulardan xilas olmağı bacarıb.
"Biz demək olar ki, bir sutkadır terrorçulardan qaçmağa çalışırdıq. Onlar bizi tutsaydı, sadəcə ödürəcəkdilər. Bizim arxamızca qardaşım gil gəlirdi, görünür atəş xəttini keçmək hələlik onlara müyəssər olmayıb"-deyə terrorçulardan canını qurtaran ailə başçısı deyib.
Polois də etiraf edir ki, son zamanlar qaçqınlarla daha gec-gec rastlaşırlar. Mülki vətəndaşların hara yoxa çıxması barədə isə yalnız xilas olunanlardan öyrənirlər. Belə ki, xilas olan ailə danışır ki, onlar hücum edən dövlət güclərinin kəskin atəşlərinə görə qaçmaq qərarına gəliblər. "Bir çox qonşularımız gizlənməyə belə, yer tapmırlar. Evlər dağılıb, ona görə də bütöv ailələr məhv olur"-deyə qaçqın düşmüş ailə danışır.
Polislərdən biri deyir ki, terrorçuların minaatanları artıq daha az istifadə olunur. Görünür, mərmilərə ehtiyat edirlər. Ancaq bunun yerinə minalanmış maşınlar hərbi güclərə tərəf irəliləyir və partladılır. Sonra isə hücum başlayır.
"Praktiki olaraq Mosulun hər bir küçəsi barrikadalarla əhatə olunub. Onlar həm gizlənmək yeri, həm də müdafiə məqsədi üçündür. Hücum edənlər barrikadaları dağıdır, ərazini aldıqdan sonra yenisini düzəldirlər. Məqsəd intiharçılardan qorunmaqdır. Və bu cür kvartal-kvartal irəliyə doğru gedilir"-deyə məlumatda bildirilir.
Mosulun daha bir əlamətlərindən biri yolayrıclarında qurulmuş postlardır. Maşınlar bir postu keçməmiş, digərində də yoxlamalara məruz qalır. Bu postlar hərbçilərin, polisin İraq xristianlarının və şiə könüllülərinindir. Onlar qaçqın adı altında şəhərdən qaçmağa çalışan terrorçuları axtarırlar. BMT-nin rəsmi məlumatına görə, oulun 210 min əhalisi qaçqınlara çevrilib və onlar yalnız düşərgələrə yerləşdirilənlərdirlər. Şəhər uğrunda döyüşlər davam etdikcə, düşərgələrin də sayı artır.
Qaçqın düşərgəsinin səlahiyyətli şəxərindən biri olan Xalid deyir ki, hazırda onun nəzarət etdiyi düşərgədə 1500 çadır var. Hər çadır bir ailəyə aiddir və ailələrdə 8-10 nəfər insan olur. "Düşünürəm ki, 1o min insan bu düşərgəyə yerləşər"-deyə düşərgə səlahiyyətlisi bildirib.
Qeyd ounur ki, düşərgələr tez tikilir və daha tez də doldurulur. Lakin Mosulda hər şeylərini itirən insanların burada nə qədər qalacaqları da bəlli deyil.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB