Milli Məclisdə valyutanın alış və satışı arasındakı fərq müzakirə edilib
"Son günlər mətbuatda hökumətin builki hesabatı ilə bağlı bir sıra ürəkbulandıran fikirlər yayıldı. Guya bugünkü hesabat Baş nazirin son hesabatıdır və bugünkü icasdan sonra Artur Rasizadə istefaya gedir. Belə fikirlər səsləndirmək bizə yaraşmır". SİA-nın xəbərinə görə, bunu deputat Yevda Abaramov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı çıxış edərkən dyib.
Deputat bildirib ki, iş olan yerdə səhvlərin də olması normaldır.
Onun sözlərinə görə. dünyada gedən iqtisadi çətinliklərə baxmayaraq, ölkəmiz bunların öhdəsindən gələ bildi: "Ulu öndər demişkən Azərbaycan dünyada bir günəş kimi parlayan ölkə kimi çıxış etdi. Lakin biz bundan da yaxşı hesabat verə bilərdik. Çünki, bizim uzaqgörən dövlət başçımız var".
Deputat çıxışı zamanı hökumət üzvlərinə müraciət edərək valyutanın alış-satışındakı problemlər haqqında fikirlərini bildirib: "Hazırda ən problemli məsələ valyutanın alış- satışıdır. Bu yaxınlarda Qubada valyutamı dəyişmək üçün bu işlə məğul olanlara yaxınlaşıb sopruşdum ki, vayuta ilə bağlı vəziyyət necədir? Dedilər sizə görə 1000 manatı 1.75 manatla dəyişərik. Dolları soruşduqda isə elə qiymət dedilər ki, dəhşətə gəldim . Hörmətli Elman Rüstəmov, Samir Şərifov valyutanın alış-satışı arasında çox dəhşətli fərq var. Biz bununla xalqın belini qırırıq. Bir müddət öncə hüquq- mühafizə orqanları valyuta alveri ilə məşğul olan bir qrup insanı tutsa da, vəziyət dəyişməyib. Bir qrup insanlar bu işin tənzimlənməsinə mane olur. Bütün bunlara son qoymaq lazımdır. Bu istiqamətdə addımlar atılmasa, gələcək hesabatlarımız daha pis olacaq".
Deputat çıxışı zamanı regionlarda infrostrukturundaha da genişləndirilməsi təklifi ilə çıxış edib: "Bu gün bütün iş yerləri Bakıdadır. Rayon camaatı Bakıya axır. Bəs rayonlarda kim işləyəcək?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB