Qlobal Bakı Forumu dünyada qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir. SİA-nın məlumatına görə, bunu Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov deyib. A.Jumagulov bildirib ki, bu gün dünyanı narahat edən bir çox problemlər mövcuddur, eyni zamanda Qırğızıstan da çətin siyasi proseslərdən keçib: "Azərbaycan dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına şərait yaradır. Forumda çox əhəmiyyətli müzakirələr aparılır, yeni fikirlər səsləndirilir, problemlərin həlli yolları göstərilir. Əlbəttə, bu Azərbaycanın dünyada sülhün və sabitliyin qorunmasına verdiyi mühüm bir töhfədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB