Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada həyata keçirilən 384 milyon lirə dəyərindəki 43 layihənin açılışı zamanı etdiyi çıxışında Avropanın ölkəsinə yönəlik siyasətini sərt şəkildə ittiham edib.
Ərdoğan Hollandiyada keçirilmiş parlament seçkilərinin nəticələrinə də fikir bildirib və Ruttenin qələbəsinə çox da sevinməməsini deyib: "Sən atını, itini mənim türk vətəndaşlarımın üzərinəmi saldın?! Bunun bədəlini ödəyəcəksən! Ey Rutte sən qutudan birinci partiya olaraq çıxa bilmiş olarsan, amma Türkiyə kimi bir dostunu itirdin. Bu adam seçkidən sonra baş nazirimizlə bir yemək yeyə biləcəyini deyib, keç o işi, bizdə elə bir baş nazir yoxdur. Sən uduzdun!".
"İnsan haqları, demokratiya, azadlıq dərsi verirlər deyilmi? Özlərinə sərf edən məsələ gündəmə gələndə faşizmin ən pik həddinə gəlməkdən çəkinmirlər"-deyə qeyd edən Ərdoğanın sözlərinə görə, artıq bu, yeni nasizimdir: "Ey Hollandiya sən Srebrenitsada 8 min qardaşımı qətl etdin, onu necə ifadə edəcəksən? Bunların oyunbazlıqlarını bilirik. Orada bosniyalı qardaşlarımızı şəhid etdilər. Hamısını yandırdılar. Bir çoxunun qəbri bilinmir. Yazıqlar olsun bunların demokratlığına, Avropa dəyərlərinə, yazıqlar olsun sizin hüququnuza!".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB