"Orta Şərqdə gedən münaqişələr bütün dünyaya təsir edir"

"Orta Şərqdə gedən münaqişələr bütün dünyaya təsir edir"

"Suriyada, İraqda, Orta Şərqdə və digər yerlərdə davam edən münaqişələr var. Bu münaqişələrin sülh yolu ilə həllini tapmaq və daha yaxşı dünya qurmaq çox vacibdir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal el Fayez deyib.

Onun sözlərinə görə, Orta Şərqdə gedən münaqişələr bütün dünyaya təsir edir: "Biz BMT-nin qətnamələrini dəstəkləyirik və hesab edirik ki, bütün münaqişələrin həlli üçün beynəlxalq iradə lazımdır. Azərbaycanın bir hissəsi işğal olunub. Düşünürəm ki, hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə