"Təbii qazın diversifikasiyası enerji təhlükəsizliyinin əsas amilidir". SİA-nın xəbərinə görə, bunu V Qlobal Bakı Forumunda iştirak edən Albaniya prezidenti Buyar Nişani jurnalistlərə açıqlamasında deyib.
"Çox yaxın keçmişdə biz gördük ki, qazın paylanması ədalətli deyil. Bu, siyasətin bir hissəsi idi. Qaz enerjinin son dərəcə vacib hissəsidir. Cənub Qaz Dəhlizi qaz resurslarının diversifikasiyası baxımından tək xəttin keçdiyi ölkələrin deyil, diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir. Diversifikasiya təhlükəsizliyi təmin edir. Bu isə rifaha yol açır"- deyə, Nişani qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB