Müsavatçı xəyanətkar Şahin Mirzəyev erməni saytına müsahibə verdi XƏYANƏT FAKTI

Müsavatçı xəyanətkar Şahin Mirzəyev erməni saytına müsahibə verdi XƏYANƏT FAKTI

Müsavat partiyasının üzvü olmuş, hazırda xəyanət edərək işğalçı Ermənistana sığınmış milli satqın, separatçı "Tolışi sədo" qəzetinin müxbiri Şahin Mirzəyev panorama.am saytına müsahibə verib. SİA xəbər verir ki, o digər separatçı Əli Nəsirlinin ölümü ilə bağlı heç bir əsasa və reallığa sığmayan fərziyyələr danışaraq, onun ölümünü Azərbaycan dövlətinin üzərinə yığmağa cəhd edib.

Satqın Ş.Mirzəyev erməni saytının əvvəlcədən hazırlanmış və quraşdırılmış ssenarisi əsasında müsahibə verərək deyib ki, guya Ə.Nəsirlinin öldürülməsi bütövlükdə talış xalqının məhvinə(?-R.N.) yönəlib. "Talış azadlıq hərəkatının" fəal iştirakçısı kimi qələmə verilən Ş.Mirzəyev erməni həyasızlığından fərqlənməyən simasızlığı ilə Ə.Nəsirlini "Talışıstanın böyük carçısı" adlandırıb və Azərbaycan dövlətinin, dövlət qurumlarının ünvanına böhtanlarla bol olan ifadələr səsləndirib, guya Ə.Nəsirlinin ölümünün "yuxarıdan" verildiyini sərsəmləyib.

Müsavat partiyasının üzvü olmuş Ş.Mirzəyev erməni xüsusi xidmət orqanlarının ona verdiyi təlimatlarına uyğun olaraq iddia edib ki, guya Azərbaycanda yaşayan talışlar "repressiyaya" uğrayıblar və ölkəni 300 min (??!!-R.N.) insan tərk edib.

Beləliklə, fakt budur ki, ermənilərə casusluq edərək bu ölkədə sığınacaq alan Ş.Mirzəyev artıq öz şərəf və ləyaqətini itirmiş biri olduğunu öz sözləri ilə etiraf edib.

Onu da xatırladaq ki, bir müddət öncə Ş.Mirzəyevin Ermənistana qaçması və talışların adından çıxış etməsi Azərbaycanda yaşayan bir çox talış xalqı nümayəndələrinin kəskin etirazlarına və hiddətlərinə səbəb olub. Onlar bu adamın simasız və xəyanətkar olduğunu deyərək, gec-tez vətən satqını qismində Azərbaycan qanunlarına uyğun olaraq mühakimə ediləcəyinə inandıqlarını vurğulayıblar.

Bu arada vaxtilə Müsavat partiyasının rəhbər strukturlarında fəaliyyət göstərmiş politoloq Qabil Hüseynlinin də Ş.Mirzəyev barədə irəli sürdüyü fikirləri maraq doğurub. Politoloq qeyd edib ki, Ş.Mirzəyev Əlikram Hümbətovun adamıdır: "Bu adam guya ona qarşı ayrı-seçkilik olduğunu iddia edir. Deyir ki, həyat yoldaşı düzgün əməliyyat olunmayıb. Buna səbəb kimi talış olması ilə bağlı edilən ayrıseçkiliyi göstərir. O qədər yaxınlarımız əməliyyat olunub ki, içlərindən vəfat edənlər də var. Belə çıxır ki, bizədə ayrı seçkilik olub? Əsasızdır. Bundan başqa jurnalist olmadığı da ortaya çıxıb. Bu addan istifadə edərək alver edib. Müsavat partiyasında bir müddət üzv olub, sonradan xaric edilib. Bu şəxs Əlikram Hümbətovun adamıdır. Talış Mədəniyyət Mərkəzindən onun fəaliyyətindən narazılıq edilib. Görünür, hara gedibsə, oranı qatıb-qarışdırıb. İndi böyük pullar müqabilində Ermənistana göndəriblər. Satqının milliyəti olmur. Satqın elə satqındır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə