"Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı Azərbaycanın taleyüklü məsələsidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir".SİA-nın xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Bu kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında islam həmrəyliyinin nümayiş olunmasının böyük əhəmiyyəti olduğunu deyən nazir müavini İslam Əməkdaşlıq Təşkilatının rolunu və işğalla bağlı kontakt qrupunun yaradılmasının yüksək qiymətləndirildiyini dilə gətirib: "Ermənilər işğal olunmuş ərazilərdə etnik təmizləmə və Xocalı soyqırımı həyata keçirib. İƏT- ə bu məsələyə siyasi və hüquqi qiymət verib. Buna görə onlara təşəkkür edirik. Digər üzv ölkələri də bu sahədə həmrəylik nümayiş eydirməyə çağırırıq". X.Xələfov qeyd edib ki, bu gün ermənilər işğal olunmuş torpaqlarda qeyri-qanuni iqtisadi fəliyyətlər və məskunlaşama siyasəti həyata keçrirlər: " Yerli məhsulları qondarma brendlər altında xarici ölkələrə çıxarmağa çalışırlar. Bunların qarşısının alınmasında İƏT-in dəstəyinə inanırıq. Həmçin bu ölkələr Dağlıq Qarabağdan olan şəxslərin giriş vizasına qadağan edilməsi istiqamətində də addımlar atılır. Bizim işğal olunmuş torpaqlarımızda abidələr, qəbir və məscidlər darmadağın edilib. Bu baxımdan biz İƏT-ə üzv ölkələrə KİV-lərin bu istiqamətdə fəaliyyətinin arrtırılması üçün müraciət edirik. Azərbaycan bir sıra müsəlaman ölkələrində olan müharibə və münaqişələri yaxşı anlayır. Bunların həll olunması üçün səylərin birləşdirilməsi və qarşılıqlı dəstək mexanizminin yaradılmasını zəruri hesab edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB