“Azərbaycanda miqrantlara qarşı milli, dini, etnik əsaslarla pozuntu qeydə alınmayıb”
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə BMT Təhlükəsiz Şurasının qəbul etdiyi 4 qətnamə və digər beyəlxalq qurumların sənədlərinin hələ də yerinə yetirilməməsi anlaşılmazlıq doğurur". SİA-nın məlumatına görə, bunu AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Bakıda keçirilən Komitəsinin iclasında çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev deyib. O bildirib ki, hökumət qaçqın və məcburi köçkünlərin məşğulluq, tibbi, sosial təminatını, mənzil məişət problemlərinin həlli ilə bağlı tədbirləri bu gün də davam etdirir: "Beynəlxalq dairələrdə də etiraf edirlər ki, Azərbaycanın bu sahədə təcrübəsi model kimi digər ölkələrdə tətbiq edilə bilər".
Bu il ölkəmizdə "İslam Həmrəyliyi ili"nin elan edildiyini xatırladan P.Musayev əlavə edib ki, Azərbaycan dünyada mədəniyyətlərin, dinlərin əməkdaşlıq məkanı kimi tanınır: "Tolerantlığın yüksək səviyyədə olması səbəbindən miqrantlara münasibətdə milli, dini, etnik əsaslarla pozuntu qeydə alınmayıb.
P.Musayev vurğulayıb ki, dünayada davam edən müharibələrə görə miqrasiya prosesi də genişlənir. Onun sözlərinə görə, ümumilikdə, 65 milyondan çox şəxs qaçqın və məcburi köçkün düşüb: "Bu, bizi narahat edir, çünki Azərbaycan da işğala məruz qalıb, vətəndaşlarının hüquqları pozulub".
Rəis müavini qeyd edib ki, miqrasiya prosesi çevik prosedurlar əsasında tənzimlənir. Onun sözlərinə görə, 2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır: "Qaçqın" statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır".
O qeyd edib ki, müraciət edənlərdən iki nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB