Hindistanın beş ştatında keçirilən yerli seçkilərin nəticələri bəlli olmaqdadır. SİA xəbər verir ki, bu barədə kommersant.ru saytı yazır. Qeyd olunur ki, baş tutmuş seçkilər baş nazir Narendra Modi də daxil olmaqla hakim partiya olan "Bxaratiya canata parti"nin əhali arasında keçirilmiş qeyri-rəsmi referendumu kimi də qiymətləndirilir. Baxmayaraq ki, baş nazir Narendra Modinin populyarlıq qazanmayan addımları nəticəsində ölkədə uğursuz pul-maliyyə islahatları istənilən nəticəni verməyib, səsvermələr iqtidar partiyasına qələbə gətirib. Nəticədə "Bxaratiya canata parti" öz mövqelərini sesnsasiya doğuracaq qədər möhməkləndirib.
Məhz bu qələbədən sonra Narendra Modi baş nazir kürsüsünü 2019-cu ilə qədər qoruyub-saxlaya və yaxın illərdə "yeni Hindistan" inşaat proqramını realizə edə bilər.
Qeyd olunur ki, baş nazirin dəstəklənməsinə səbəb onun milliyyətçilik üzərində qurduğu siyasəti və Hindistanın ənənəvi dəyərlərinə göstərdiyi diqqətidir. Onun korrupsiya ilə mübarizəsi də səmərə verib və o, "Güclü əl" ləqəbini qazanıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB