“Şərəf” ordeni dövlət başçısının əməyimə verdiyi qiymətin göstəricisidir”
"Şərəf" ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Facebook" səhifəsində yazıb.
"Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm"-deyə, N.Məmmədov qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 13-də Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB