Politoloq: “Prezidentin səfərinin iqtisadi tərəfləri olduqca böyükdür” MÜNASİBƏT
"Prezidentin Fransaya səfəri olduqca əhəmiyyətlidir. Səfərin siyasi və iqtisadi tərəfləri indiki zamanda Azərbaycan üçün olduqca vacibdir. Fransa dünyanın aparıcı dövlətlərindəndir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, Avropa Birliyinin siyasətini müəyyən edən əsas dövlətlərdən biridir. Xoş bir haldır ki, olduqca güclü erməni lobbisinin olmasına baxmayaraq, bu ölkə ilə Azərbaycan arasında münasibətlər bir çox Avropa dövlətlərindən daha yaxşı səviyyədədir". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, son zamanlar Rusiyanın ardından ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransanın da fəallığı hiss olunur: "Erməni nazirlərinin və Sarkisyanın bir neçə müddət əvvəl Parisə səfəri baş tutub. Orada Olland tərəfindən Dağlıq Qarabağla bağlı bir sıra bəyanatlar səsləndirilib. Ermənistan prezidenti Parisdə olanda Azərbaycanın diaspora fəalları bu səfərə etirazlarını bildirmişdilər. Bu o deməkdir ki, Azərbaycan qeyri – dövlət səviyyəsində də Fransanın Dağlıq Qarabağla bağlı mövqeyinə təsir etməyə çalışır. Ümumilikdə ikitərəfli münasibətlər son illərdə artan müsbət istiqamət üzrə davam edir. Lakin, eyni zamanda ənənəvi olaraq Fransanın ermənilərin mövqeyini müdafiə etməsi də məlum məsələdir. Səfərin həm də iqtisadi tərəfləri olduqca böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB