Mərkəz sədri: “Bizi bizimkilər düşmənə məğlub edir” MÜNASİBƏT

Mərkəz sədri: “Bizi bizimkilər düşmənə məğlub edir” MÜNASİBƏT

"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) İdarə Heyətinin 36-cı toplantısında MHŞT üzrə Beynəlxlaq İdarə Heyətinin Azərbaycanla bağlı qərarından sonra vətəndaş cəmiyyətinin yenidən silkələnməsinə ehtiyac var". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın fəaliyyətinin qurumda dondurulması və Ermənistanın üzv qəbul edilməsi bu vəziyyətin alınmasında əməyi olan hər kəsi, o hər kəslərin rəhbərlik etdikləri təşkilatları utandırmalıdır: "Bizi bizimkilər düşmənə məğlub edir. Bunun adını kim nə qoysa, əmələ adekvat qiymət olmayacaq. Belə hərəkətin adı yoxdur, hələ nə ədəbiyyat dəqiq tapıb, nə siyasət".

Bütün xəbərlər Facebook səhifəmizdə