YAP hesabat-seçki yığıncağlarını davam etdirir Qaradağ

YAP hesabat-seçki yığıncağlarını davam etdirir Qaradağ

YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat seçki yığıncağları davam edir. SİA-nın verdiyi məlumata görə, bu dəfə keçirilən yığıncaqda 6 saylı Texnoloji Nəqliyyat Departamentinin və 222 saylı məktəbin ilk partiya təşkilatlarının hesabatı dinlənilib.

YAP Qaradağ rayon təşkilatının məsul işçiləri Hacı İbrahimov və Ramiz Yusubovun iştirak etdiyi yığıncaqda 6 saylı Texnoloji nəqliyyat departamenti ərazi ilk partiya təşkilatının sədri Rüfət Həsənov, 222 saylı tam orta məktəbin ərazi ilk partiya təşkilatının sədri Əzizxanım Məmmədova və Tamponaj idarəsi ərazi ilk partiya təşkilatının sədri Rəcəb Məmmədov hesbat məruzəsi ilə çıxış ediblər.

Ərazi ilk partiya təşkilatlarının hesabatı dinləniləndən sonra ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə