Prezident İlham Əliyev Ə.A.Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumata görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Ədalət Hüseynov 1947-ci ildə martın 13-də Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. 1969-1972-ci illərdə kənd məktəbində müəllim, 1972-1974-cu illərdə Masallı LKSM-in katibi, 1974-1992-ci illərdə milli təhlükəsizlik orqanlarında çalışmışdır. 1996-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan Regional Şöbəsinin sədri olmuşdur.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı, həmçinin 2012-ci il martın 6-da isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB