"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar kifayət qədər mürəkkəb bir mərhələyə gəlib çatıb". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hətta danışıqlar prosesinin bir növ dayandırıldığını demək mümkündür: "Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Moskva görüşündən ümidsiz qayıdıb. Nazir bəyan etdi ki, ermənilər danışıqlar prosesindən çəkinib. Hazırda biz müşahidə edirik ki, ermənilər separat surətdə müxtəlif ölkələrin liderləri, həmçinin Rusiya prezidenti Vladimir Putinlə, Fransa prezidenti Fransua Ollanda danışıqlar aparırlar və problemi əlahiddə şəkildə həll etməyə çalışırlar. Ona görə də danışıqlar prosesi hələ ki, dayanıb".
Politoloq əlavə edib ki, Azərbaycanın dövlət başçısının Putinlə görüşü gözlənilir: 
"Bu görüş zamanı Rusiyanın Qarabağa dair mövqeyi bir daha aydın olacaq. Rusiya hazırda ermənipərəst mövqedən çıxış edir və buna görə də danışıqlar üçün yer qalmır". Q.Hüseyli deyib ki, ermənilərin tutduğu mövqe ucbatından vəziyyət belə mürəkkəb həddə çatıb. Onun sözlərinə görə, ATƏT özünü prosesdən kənara saxlayır, Minsk qrupunun üzvləri olan Rusiya və Fransa çox müəmmalı mövqe tutur: "Bu səbəbdən qəti fikir söyləmək mümkün deyil. Görünən budur ki, danışıqlar prosesi bir növ dondurulub".
Politoloq həmsədrlərin regiona gözlənilən növbəti səfərinə də toxunub. Onun sözlərinə görə, bu səfərdən hansısa yeni bir adım gözləməyinə dəyməz: "Fransalı və rusiyalı həmsədr öz dövlət başçılarının dediklərini təkrarlayacaq. Çünki Qarabağ məsələsində Ollandla Putinin mövqeyi üst-üstə düşür. Onlar Qarabağı müstəqil elan etməyə çalışırlar. Amerialkı həmsədr isə nəsə ümidverici danışa bilər. Bu mənada həmsədrlərin regiona növbəti səfəri heç nəyi dəyişməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB