Ekspert: “Əvvəl-axır Sarkisyan konstruktiv mövqeyə gəlməyə məcbur olacaq” MÜNASİBƏT
"Ümumiyyətlə son zamanlar Ermənistanın xarici siyasətindəki çirkin əməllər daha qabarıq şəkildə görünməkdədir". Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan çalışır ki, bütün bunlarla sülh prosesinin uzanmasına səbəb olsun: "Biz əsasən də Ermənistan prezidenti tərəfindən status-kvonun saxlanılmasına yönəlik hərəkətləri müşahidə edirik. Fransa da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Heç şübhəsiz ki, Sarkisyan Fransaya səfəri zamanı Fransua Ollanda bəzi gizli məqamları da müzakirə edib. Məsələnin qaldırılması o demək deyil ki, Sarkisyan istədiyi nəticəni əldə edə biləcək. Yəni Azərbaycanın son illərdə göstərdiyi xarici siyasətin nəticələri onu göstərir ki, Sarkisyanın qarşısında hər zaman güclü Azərbaycan diplomatiyası dayanır. Beləcə əvvəl-axır Sarkisyan konstruktiv mövqeyə gəlməyə məcbur olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB