İsveçrənin kurort şəhəri olan Bazeldə fəaliyyət göstərən kafedə ən azı iki nəfərin ölümü ilə nəticələnən silahlı atışma baş verib. SİA xəbər verir ki, bu barədə xarici KİV-lər hadisə baş verən yerdən məlumat yayıb. Polis nümayəndəsinin dediyinə görə, iki nəfər şəxs yerli vaxtla saat 20:15-də "Kafe 56" adlı iaşə obyektinə gediblər və daxildə bir neçə dəfə atəş açıblar.
"İki nəfər kafe müştərisi ölüb, biri isə yaralanıb və vəziyyəti kritikdir"-deyə, polis nümayəndəsi bildirib.
Onun sözlərinə görə, atəş açanlar hadisədən sonra dəmiryolu vağzalına tərəf qaçıblar.
Bazel prokurorluğunun nümayəndəsi isə bildirib ki, hücumun motivləri hələ ki, aydınlaşdırılmayıb və istintaqa başlanılacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB