Bişkekdə AvİB-in görüşündə QALMAQAL

Bişkekdə AvİB-in görüşündə QALMAQAL

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Avrasiya İqtisadi Birliyinin (AvİB) görüşündə Ermənistanı silkələyən, ümidsizliyə salan bir hadisə baş verib. Ermənistan mətbuatı erməniləri diqqətli olmağa çağırıb. Mediada Rusiyanın AvİB-i yaratmaqda məqsədi barədə geniş məqalələr yazılıb.

Erməniləri çaxnaşmaya salan nüans isə Rusiyanın Baş naziri Dmitri Medvedevin qalmaqallı çıxışı olub. Baş nazir bildirib ki, Birliyə daxil oln ölkələr qaz borclarını təcili şəkildə bağlamalıdırlar: "AvİB-ə üzv olmayan ölkələrə təbii qaz Avropa qiymətlərinə satılacaq".

Medvedev bununla iştirakçı ölkələrə xatırladıb ki, Birlikdən kənarda qalmaq nə qədər maliyyə itkisi deməkdir. Amma Ermənistan kimi ölkələr bunu üzv ölkələrə bir təzyiq rıçaqı kimi dəyərləndirib və rəsmi Moskvanın Avrasiya İqtisadi Birliyini qurmaqda əsl niyyətini başa düşüb.

"AvİB ölkələrini iqtisadi qurumun çətiri altında saxlamaq üçün Moskva müxtəlif təzyiq yollarını tutub. Onlardan biri də iqtisadi şantajdır. Bundan başqa Rusiya Azərbaycana silah satmaqla, Qazaxıstan və Qırğızıstan arasında ərazi münaqişəsi yaratmaqla Moskva Birlik üzvləri qarşısında açıq oyun oynamaqdan çəkinmir. Rusiya bilir ki, AvİB-yə daxil olmaq kimi, çıxmaq da çətindir. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun dediyi kimi Rusiya regional siyasətdə özünü xuliqan kimi aparır. Medvedevin açıqlaması bütün ümidlərin üstündən xətt çəkir. Sarkisyan Bişkekdə çıxışı zamanı vurğuladı ki, Ermənistanın AvİB-yə üzv olmasında əsas məqsədi təbii qazın qiyməti olub. Deməli Rusiyanın üzv ölkələri iqtisadi şantaj etməsi artıq heç kimə sirr deyil", deyə erməni mətbuatı yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə