Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar rayon Melioservis idarəsi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Mübariz İbrahimov gündəlikdə duran məsələlərlə bağlı məlumat verdikdən sonra, geniş hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın gördüyü işlərdən danışıb. O bildirib ki, partiya üzvləri rayon partiya təşkilatının verdiyi bütün tapşırıqları və tövsiyələri vaxtında və layiqincə yerinə yetirib və bundan sonra da qarşıda duran vəzifələrin öhdəsindən yetərincə gələcəklər.
Məruzə ətrafında çıxış edənlər Şəmsəddin Həsənov, Ələkbər Əsgərov, Hökümə İsmayılova ilk təşkilatın ötən dövr üçün fəaliyyətini qənaətbəxş hesab etməyi təklif edib.
Qəbul olunan qərara əsasən, Mübariz İbrahimov yekdilliklə yenidən Melioservis ərazi ilk partiya təşkilatının sədri, onun müavinləri və YAP Ağcabədi rayon təşkilatının IX konfransına isə nümayəndələr seçilib.
Yığıncaqda çıxış iştirak edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab edib, yeni seçilən heyəti və konfransa seçilmiş nümayəndələri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB