ABŞ-ın Cənub sərhədlərini qanunsuz şəkildə keçən miqrantların sayı Trampın tam 1 aylıq prezidentliyi dövründə 40% azalıb. SİA xəbər verir ki, "Vesti-ekonomika" ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kellinin sözlərinə istinadən bu barədə yazır.
Belə ki, ABŞ-ın gömrük və sərhəd xidmətlərinin məlumatlarına görə, qanunsuz şəkildə sərhədləri keçmək istəyənlərin sayı 31,578 min nəfərdən 18, 762 min nəfərə qədər azalıb.
"Bununla yanaşı, amerikalı sərhədçilər yanvar-fevral ayları boyunca sərhədləri qanunsuz keçənlərin 10-20 % artdığını da istisna etmirlər"-deyə, Kelli bildirib.
Nazir bildirib ki, qeyri-leqal immiqrasiya ilə mübarizə aparan Tramp üçün mövcud rəqəmlər qənaətbəxşdir.
Xatırladaq ki, Tramp prezidentliyinin ilk günlərində Cənub sərhədləri boyunca divar tikmək qərarı ilə bağlı sənəd imzalamışdı.
"Biz bu məsələdə öz ayıq-sayıqlığımızı daha diqqətli şəkildə qoruyacağıq"-deyə Kelli vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB