ABŞ və Böyük Britaniyanın büdcəsindən maliyyələşən qərbin qeyri-hökumət təşkilatları, xüsusilə də "Amnesty International"ın qərəzsiz olmasından danışmaq ikiüzlülükdür. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla görüşdə deyib. Nazir bildirib ki, əgər diqqətlə baxsaq, bu qeyri-hökumət təşkilatlarınln bütün büdcəsi hökumətə aiddir: "Amerika QHT-lərinin maliyyələşməsi Konqres tərəfidən təsdiqlənir, "Amnesty International"a isə Britaniya XİN-in büdcəsindən vəsait ayrılır. Onların QHT olmasını demək tamamilə ikiüzlülükdür, hər kəs öz adı ilə çağırmalıyıq. Hesab eirəm ki, onların dediləri cidi qəbul edilə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB