Müşfiq Ələsgərli: “Mehman Hüseynovun hərəkətlərində ciddi qanun pozuntuları var” MÜNASİBƏT

Müşfiq Ələsgərli: “Mehman Hüseynovun hərəkətlərində ciddi qanun pozuntuları var” MÜNASİBƏT

"Özünü "beynəlxalq təşkilat elan etmiş", reallıqda isə eyni siyasi şəbəkənin üzvü olan və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmaq ənənəsi yeni deyil". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, bu şəbəkənin üzvləri nəinki baş vermiş hansısa hadisədən istifadə edib anti-Azərbaycan təbliğatı aparırlar, eyni zamanda, özləri müxtəlif təxribatlar törədirlər ki, "danışmağa söz tapsınlar", ittiham etməyə əsas yaratsınlr: "Bu, köhnə taktikadır və çoxdandır ki, ifşa edilib. Bu şəbəkənin üzvləri ifşa edilsələr də, təəssüf ki, əməllərindən əl çəkmirlər, yeni-yeni təxribatlar törədirlər. Mehman Hüseynov jurnalist deyil, xəbər istehsalı zamanı ciddi xətalara yol verir, hərəkətlərində ciddi qanun pozuntuları var. Buna görə də hüquq mühafizə orqanları ona dəfələrlə xəbərdarlıq etdilər, səhvlərini düzəltməsi üçün tövsiyyələr verdilər. Amma məlum şəbəkə Mehmana səhvlərini düzəltməyə imkan vermədi, ondan sünii "qəhrəman" düzəltməyə çalışdılar. Yuxarıda qeyd etdiyimiz şəbəkənin yanlış yola çəkdiyi, əqidəsini pozduğu, dövlətə qarşı qoymağa çalışdığı gənclərin sayı yüzlərlədir. Bu, təəssüfverici haldır. Amma yaddan çıxarırlar ki, onların Azərbaycanda sabitliyi pozmaq cəhdləri heç vaxt nəticə verməyib. Bu dəfə də nəticə verməyəcək".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə