“Fazil Mustafa: “Bu həbsin siyasiləşdirilməsinə heç bir səbəb yoxdur" MÖVQE

“Fazil Mustafa: “Bu həbsin siyasiləşdirilməsinə heç bir səbəb yoxdur" MÖVQE

"Mehman Hüseynovun həbsinin siyasiləşdirilməsinin heç bir mənası yoxdur. Bundan kimsə dövlət əleyhinə istifadə etməyə çalışmamalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, kimsə həbs olunubsa və nədənsə narazıdırsa, bunun üçün ölkədə hüquqi mexanizmlər var, apelyasiya, ardınca kasassiya şikayəti edib və Avropa Məhkəməsinə müraciət edə bilər: "Bu həbsin siyasiləşdirilməsinə heç bir səbəb yoxdur. Bu kimi məsələdən şou düzəltmək də yanlışdır".

Bu məsələdən sonra AŞPA-da Azərbaycan əleyhinə hansısa qətnamənin qəbul ediləcəyi ilə bağlı "milli şura"nın iddiasına gəlincə, millət vəkili deyib ki, onlar çox iddia edə bilərlər, ancaq bu inandırıcı deyil: "Avropa Şurasında bir nəfərə görə belə məsələlər gündəmə gətirilmir. İndiyə kimi belə hədələr olub, amma hüquqi müstəvidə həllə məşğul olsalar, daha doğru olar".

F.Mustafa onu da bildirb ki, bəzi beynəlxalq QHT-lər Azərbaycanın qaçqın problemi, Qarabağ münaqişəsi ilə bağlı deyil, konkret cinayət əməli ilə bağlı məsələyə görə hədələyici bəyanatlarla çıxış etməsi iki standartlardan irəli gəlir: "Azərbaycana qarşı bu cür qurumlar qərəzli mövqedən çıxış edirlər. Bu kimi bəyanatlar Azərbaycan üçün ciddi əhəmiyyət daşımır. Biz çalışmalıyıq ki, ən azından hüquqi müstəvidə elə bir problemlərimiz olmasın və onlara da bəhanə verməyək. Amma bütün hallarda bu qərəzli mövqelərinə fikir verməli deyilik".

Bütün xəbərlər Facebook səhifəmizdə