"Ermənistanda ənənəvi olaraq seçki ərəfəsində hərbi ritorika güclənir və mütəmadi olaraq nəinki Azərbaycana, eyni zamanda digər qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Hətta vaxtilə Sarkisyan tərəfindən Türkiyəyə qarşı da ərazi iddiaları dilə gətirilmişdi". Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təhdidləri daxili auditoriyaya yönəlməklə yanaşı, ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə olunur: "Düşmən ölkə bu cür yanaşma ortaya qoymaqla Azərbaycanın ictimai rəyinə təsir göstərməyə çalışır. Bu, düşmənin texnologiyası, informasiya sahəsində Azərbaycana qarşı apardığı müharibədir.
Şübhəsiz ki bu müharibəyə qarşı Azərbaycanın cavab vermək imkanları və resursları var. Ermənistan nəinki Azərbaycan torpaqlarında bir adım irəliyə biləcək, əksinə işğal olunan torpaqlarımızdan geri çəkiləcək. Ermənistan rəhbərliyi bunu başa düşdüyü üçün də maksimalist şüarlar səsləndirməklə erməni cəmiyyətinin fikrini yayındırmağa çalışır".
E. Mirzəbəyli qeyd edib ki, Ermənistan aprel ayında keçiriləcək seçkidən sonra prosesi daha çox parlament müstəvisinə keçirməyə çalışacaq: "Parlamentdə razılaşdırılmış şəkildə bir neçə fraksiya təqdim olunduqdan sonra Dağlıq Qarabağla bağlı qərarların qəbul edilməsi və yaxud məsələyə hər hansı münasibətin bildirilməsi parlament müstəvisində keçəcək. Tərəflər bununla bağlı qarşılıqlı razılaşdırılma əsasında monipulyativ davranışlara yol verəcək və nəyin bahasına olursa-olsun, status-kvonu qoruyub saxlamağa çalışacaq. Ola bilsin ki seçkilərdən sonra hərbi ritorika nisbətən azalsın. Amma bu, təkcə Ermənistanla bağlı məsələ deyil. Çünki Ermənistan müstəqil dövlət deyil, forpostdur və təbii ki, sahibinin ona verdiyi təlimatlar əsasında hərəkət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB