Elşən Musayev: “Ermənistanda bu gün eyforiya yaşanır” AÇIQLAMA

Elşən Musayev: “Ermənistanda bu gün eyforiya yaşanır” AÇIQLAMA

"Bu gün Ermənistan yenə də öz mahiyyətindədir və öz ənənəvi xislətindən əl çəkmir. Ümumiyyətlə Ermənistan bu gün bir eyforiya yaşanır. Artıq o Dağlıq Qarabağ məsələsinin kuliminasiyaya gəldiyinin fərqdindədir. Həmçinin onlar bu mövzunun dalana dirəndiyinin fərqdindədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın arxasından bütün lobbiçilər, Avropanın gizli açar dövlətləri çəkilib: "Eyni zamanda Ermənistanın beynəlxalq təşkilatlardakı təmsilçilərinə, nümayəndələrinə az qala üzdən iraq kimi baxırlar. Mən Avropa Şurasının nümayəndə heyətinin təmsilçisi olaraq bunun şahidiyəm. Onlar elə bir rəzil duruma qalıblar ki, artıq bilmirlər nə etsinlər. Sadəcə öz hərəkətlərinə hakim ola bilmirlər. İşğalçı ölkə Azərbaycanı maksimum provokasiyaya çəkmək istəyir. Onlar aprel döyüşlərinin bir ili ərəfəsində də bir məğlubiyyət kompeksi yaşayırlar. Amma bütün beynəlxalq ictimaiyyət, ermənilərin özü də bilir ki, bunlar Azərbaycan ordusu ilə açıq mübarizə aparmaq əzmində deyillər. Sadəcə onlar bu cür fitnə-fəsadla imitasiya etmək istəyirlər.

İkincisi isə Sarkisyanın bu gün erməni xalqı içində nüfuzu kəskin surətdə düşüb. O, çox gözəl bilir ki, növbəti seçkiləri uduzacaq. İndi onun tək səcdəgahı, istinad yeri Dağlıq Qarabağdır ki, orada özünün saxta oyunlarını qursun. Bunlar bir növ uşaq, qadın qatilidir".

Bütün xəbərlər Facebook səhifəmizdə