Rövşən Rzayev: “Azərbaycanın Pakistanla maraqları üst-üstə düşür” MÜNASİBƏT
"Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı mühüm görüşlər olub. Prezidentin bu səfəri çox böyük önəm daşıyırdı". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, iki dövlət arasında müsbət siyasi, iqtisadi münasibətlər vardır: "Pakistan isə o dövlətlərdəndir ki, ədalətli yanaşmanın tərəfdarıdır. Bu dövlət Azərbaycan ərazi bütövlüyünün işğal altında olmasını rədd edir. Pakistan Ermənistanın işğalına yox deyən dövlətlərdəndir. Təbii ki, bu istiqamətdə də Azərbaycanın Pakistanla inkişaf edən münasibətləri bizim üçün çox önəmlidir. Bu baxımdan da Azərbaycanın Pakistanla maraqları üst-üstə düşür. Qarşılıqlı hörmət, münasibət və inkişaf xətti ilə olan bu əlaqələr Azərbaycan üçün bugünkü dönəmdə çox vacibdir. Ölkə rəhbəri Azərbaycanın marağında olan bütün məsələləri qaldırır və həyta keçirir. Bu baxımdan orada keçirilən ikitərəfli görüşlərin hamısı Azərbaycanın bu günü və gələcəyi üçün çox önəmli addımlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB