Ukraynanın birinci prezidenti Leonid Kravçuk hesab edir ki, Rusiya ilə Ukrayna arasında baş verən qarşıdurmanın təməli 300 il bundan öncə qoyulub. SİA xəbər verir ki, eks-prezident bunu "112" TV kanalına müsahibə verərkən deyib.
"Əgər biz bu məsələdən danışırıqsa, bu müharibə Pereyaslav radası vaxtından gedir. Hansı ki, biz o dövrlərdən Ukrayna kilsəsini və Ukrayna ölkəsini itirdik"-deyə qeyd edən Kravçukun sözlərinə görə, həmin münaqişə hazırkı zamana qədər gəlib çatıb.
O, həmçinin əlavə edib ki, Ukraynanın 2014-cü ildə Krımı itirməsi mərkəzin (Kiyevin-red.) bu yarımadada baş verən qanunsuzluqlara göz yumması, mövqelərinin zəifləməsi üzündən baş verdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB