Millət vəkili: “Ermənistanın təxribat törətməyə əsgəri qalmayacaq” AÇIQLAMA

Millət vəkili: “Ermənistanın təxribat törətməyə əsgəri qalmayacaq” AÇIQLAMA

"Son günlər erməni təxribatlarının aktivləşməsini Ermənistandakı siyasi qeyri- stabillik ilə əlaqələndirərdim. Günü –gündən zəifləyən və iqtisadi problemlərin girdabına batmış Ermənistan Qarabağda təxribatlar törətməklə ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, aprel ayının əvvəlində Ermənistanın parlamentinə seçkilər keçiriləcək: "Amma ölkədə mövcud cəllad rejimdən erməni ictimaiyyəti narazıdır və artıq bu narazılıqlar kütləviləşməyə başlayıb. Erməni hakimiyyəti isə seçkilərdə uğursuzluğa düçar olacağından qorxaraq, Azərbaycanla təmas xəttində təxribatlar törətməklə ictimaiyyətin diqqətini ölkə daxili problemlərdən yayındırmaq istəyir. Amma təmas xəttində törədilən hər bir təxribat çoxlu erməninin məhvi ilə nəticələnir və düşünürəm ki, bu günlərdəki itkiləri görəndə erməni ictimaiyyətinin Sarkisyana nifrəti daha da artacaq. Nə qədər ki, Ermənistanda cəllad Sarkisyan rejimi var, orada heç bir yaxşı yaşayış və inkişaf ola bilməz.

Azərbaycan əsgəri ölkəni mərdliklə, qururla qoruyur və hər bir erməni təxribatına amansızcasına cavab verir. Belə təxribatlar davam etdirərlərsə, Ermənistanın təxribat törətməyə əsgəri qalmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə