Xocalı həqiqətləri 8 dildə YENİLƏNİR

Prezidentin köməkçisi Əli Həsənovun "Xocalı soyqırımı, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" kitablarının təqdimatı keçirilir
Xocalı həqiqətləri 8 dildə YENİLƏNİR

Bu gün Bakıda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Xocalı soyqırımı, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" kitablarının təqdimatı keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində nəşr edilmiş kitabların redaktoru AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elmi redaktoru siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Kitabların elmi redaktoru E.Əhmədov çıxış edərək deyib ki, birinci kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır.

O bildirib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə etnik təmizləməyə məruz qalıb. Kitabda ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə kifayət qədət faktlar var. Xüsusilə 1905-1920-ci illərin qanlı hadisələri elmi əsaslara söykənərək təhlil olunur.

Onun sözlətinə görə, kitabın yeniliyi budur ki, bu məsələlər səkkiz dildə, mənbələr isə 4 dildə ictimaiyyətə təqdim olunur. Kitabda ingilis dilində Azərbaycan tarixinə dair xəritələr var. Bu xəritələrin verilməsi böyük əhəmiyyət daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnamələti ilk dəgə BMT- nin bütün dillərində verilib. O deyib ki, ikinci kitabda Xocalı soyqırımının səbəbləri və nəticələri təhlil olunur. Xocalı tarixi Azərbaycan ərazisi olub və strateji əhəmiyyətə malik olub. Kitabda bu barədə kifayət qədər faktlar və məlumatlar var.

Millət vəkili Musa Qasımlı bu kitabların ideya baxımından bir-birilə sıx bağlı olduğunu deyib. O bildirib ki, üç milyard insana çata biləcək bu kitablar vacib əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu, gələcək tədqiqatlar üçün mühüm mənbədir: "Çünki bütün sənədlər burada əksini tapıb. Xocalıya dair kitabda da hər kəs üçün çox vacib olan faktlar var. Mən müəllifə buna görə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə