ABŞ-ın bir çox aparıcı KİV-ləri ötən gün Ağ evə - prezident Donald Trampın mətbuat katibi Şon Spayserin gündəlik brifinqinə buraxılmayıblar. SİA xəbər verir ki, bu barədə brifinqə buraxılmayan CNN telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, mətbuat konfrannsına CNN-lə yanaşı, "New York Times", "Buzzfeed", BBC, "The Hill" və s. KİV-lər də buraxılmayıblar. O cümlədən, "Associated Press" agentliyi də baş verənlərə etiraz əlaməti olaraq brifinqə qatılmayıb.
Xatırladaq ki, prezident Tramp bir müddət öncə ABŞ-ın bir neçə aparıcı mediasını sərt şəkildə tənqid edərək, onun barəsində feyk (dezinformasiya xarakterli) xəbərlər istehsal etdiklərini deyərək, onları məhkəməyə verəcəyini bildirmişdi. Yuxarıda qeyd edilən medialarla yanaşı, onun qara siyahısına NBC, ABC, CBC kimi telekanallar da düşüb. Tramp hətta bununla bağlı tvitter səhifəsində həmin mediaları düşmən də adlandırıb. "Onlar mənim deyil, Amerika xalqının düşmənləridirlər"-deyə Tramp sosial şəbəkədəki səhifəsində vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB