Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mardı qəbul edib. Nazirlər Kabinetinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səmimi qəbula görə minnətdarlığını bildirən Avropa İttifaqının nümayəndəsi Malena Mard təmsil etdiyi qurumla Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayaraq, Avropa İttifaqının prinsip və dəyərlərinə hörmətlə yanaşan ölkəmizin Avropada gedən qlobal proseslərdə, xüsusən enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakından məmnunluğunu bildirdi.
Daha sonra Avropa İttifaqı ölkələrinin Azərbaycandan qida məhsullarının ixracına da maraq göstərdiyini diqqətə çatdıran Malena Mard təmsil etdiyi qurumun gələcəkdə də regionların inkişafı üçün zəruriolan proqramlara dəstək verəcəyini nəzərə çatdırıb.
Ölkəmiz üçün sosial siyasətin prioritet təşkil etdiyini bildirən Baş nazirin müavini Əli Əhmədov, əhalinin rifahı naminə Qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Fərman imzaladığını xatırlatdı. Bu baxımdan ərzaq sektoruna, o cümlədən, aqrar sahəyə göstərilən diqqət və qayğı, sahənin inkişafı üçün hökumətin qəbul etdiyi qərar və sərəncamlar, fermerlərə güzəştli kreditlərin verilməsi, həyata keçirilən digər islahatlar barədə qonağa ətraflı məlumat verən Baş nazirin müavini, əhalinin sağlamlığı və qida məhsulları ilə etibarlı təminatı üçün sözügedənFərmandan irəli gələn məsələlərin icrası məqsədilə Qida Təhlükəsizliyi Komissiyasınınartıqzəruri işlərə başladığını dedi.Azərbaycanda həyata keçirilən layihələrə Avropa ittifaqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Əli Əhmədov qarşılıqlı faydalıəməkdaşlığındavam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atılacağını qeyd edib.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB