Ekspert: “Erməni hoqqabazlığına dəstək verən olmadı” AÇIQLAMA

Ekspert: “Erməni hoqqabazlığına dəstək verən olmadı” AÇIQLAMA

"Ermənistan "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "konstitusiya referendumu" adlı tamaşa ilə daha bir sapalaq almış oldu. Özləri də gördülər ki, dövlət kimi ciddi imici olan bir dənə ölkə də bu qondarma və gülüş doğuran növbəti erməni hoqqabazlığına dəstək verən olmadı və ola da bilməzdi. O üç-beş nəfər Boliviyadan, nə bilim Abxaziyadan və daha hansısa separatçı qurumlardan gələnlər də, əksinə özlərinə əlavə problem yaratmış oldular". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan XİN o şəxslərin hər biri ilə bağlı lazımi məlumatları əldə etdikdən sonra həmin oyuncaq siyasətçiləri və siyasətbazları ən sərt şəkildə cəzalandırmaq üçün lazım olan addımları atacaq: "Dünyanın aparıcı dövlətləri öz xarici siyasət idarələri vasitəsi ilə bu qondarma siyasi şouya mənfi münasibətini açıqlasalar da, biz bilirik ki, bu bir diplomatik etiketdir. Əslində isə əgər həmin Amerika, Fransa ya Rusiya istəsələr çox qısa bir zamanda bu cür separatçılığı yayan şəxsləri və onların havadarlarını çox asanlıqla müəyyən edib məhz edərlər. Etmirlər ona görə ki, hərənin öz merkantil maraqları mövcuddur. Biri həmin separatçılar vasitəsi ilə regiona əlavə gərginliklər gətirir, digəri silah satır, üçüncüləri isə öz təsir imkanlarını həmin bölgələrə və ölkələrə göstərmək üçün həmin qondarma qurumlardan istifadə edirlər. Ona görə də, onlar belə oyuncaq dövlətciklərə səbrlə yanaşırlar və onları qətiyyən ciddiyə almırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə